Xaricdə təhsil arzusunda olan yüzlərlə gəncin əsas hədəfi – YÖS və SAT imtahanlarından yüksək nəticə toplamaqdır. Bu istiqamətdə sizə Bilik Tədris Mərkəzi tam dəstək verir!
📘 YÖS nədir?
YÖS – 1981-2010-cu illərdə ÖSYM tərəfindən keçirilən YÖS-Xarici Tələbə İmtahanı; 2011-ci ildən 2022-ci ilə qədər T.C. Universitetlər tərəfindən Beynəlxalq Tələbə İmtahanı, 2023- cü ildən isə Türkiyə Xarici Tələbə Qəbulu İmtahanı kimi tətbiq edilir.
TR-YÖS ÖSYM tərəfindən həyata keçirilən Türkiyə Xarici Tələbə Qəbul İmtahanıdır. TR-YÖS Turkiyə universitetlərinə bakalavr pilləsinə başvurmaq üçün tələb olunan imtahan nəticəsidir.
📘 TR-YÖS imtahanı necə olacaq ?
TR-YÖS-in “türk, alman, ərəb, fransız, ingilis, rus” dillərində beynəlxalq miqyasda ildə 2 dəfə olmaqla bir çox ölkələrin müxtəlif mərkəzlərində eyni vaxtda həyata keçirilir. TR-YÖS imtahan nəticəsinin keçərlilik müddəti 2 (iki) ildir. 40 sual Təməl Matematik və 40 sual Sayısal Yetenek olmaqla ümumilikdə 80 sualı olan 100 dəqiqəlik imtahandır. İmtahanla bağlı digər məlumatlar ÖSYM tərəfindən nəşr olunan TR-YÖS bələdçisində yer alır.
📗 SAT nədir?
SAT – The College Board tərəfindən təşkil edilən SAT (Scholastic Aptitude Test) test imtahanıdır. Bütün ölkələrin universitetlərinə bakalavr pilləsi üzrə qəbul üçün tələb olunan beynəlxalq sertifikatdır. İmtahanlar ildə 6 dəfə olmaqla 2 aydan bir keçirilir. İmtahanlar üçün ərizə və qeydiyyat müvafiq ölkələrdəki müraciət mərkəzləri vasitəsilə və ya onlayn şəkildə aparılır. İmtahanda iştirak məhdudiyyəti yoxdur. SAT imtahanlarının nəticələri 2 il etibarlıdır. Beynəlxalq etibarlılığı olan SAT imtahan nəticəsi təhsilini Azərbaycanın, Amerikanın, Kanadanın, Avropanın, Uzaq Şərqin, Türkiyənin və s. ölkələrin elitar universitetlərində davam etdirmək istəyən tələbələr üçün yaxşı bir addımdır.
📗 SAT imtahanını necə keçirilir?
SAT - ingilis dilində keçirilən beynəlxalq imtahandır. İmtahanın ümumi vaxtı 2 saat 14 dəqiqədir.
İmtahan iki hissədən ibarətdir;
1.Oxuma və Yazma
- sual sayı cəmi: 54 sual
-imtahan müddəti: 64 dəqiqə
2. Riyaziyyat (kalkulyator istifadə olunur)
-sual sayı cəmi: 44 sual
-imtahan müddəti: 64 dəqiqə
Bilik Tədris Mərkəzində keçirilən YÖS və SAT proqramlarından əldə edəcəkləriniz:
-
Riyaziyyat və məntiq dərsləri
-
İngilis dili üzrə oxu və yazı modulları
-
Keçmiş illərin testləri ilə praktika
-
Sınaq imtahanları və fərdi təhlil
-
Qəbul və sənəd prosesi üzrə məsləhət
🧠 Tədris sıfırdan başlayır, məqsəd – yüksək nəticə!