Mühasibatlıq kursları
Bu sirr deyil ki, hər bir müəssisənin inkişafında mühasibatlıq sistemi əsas təməllərdən biridir. Mühasibatlığın düzgün və sağlam qurulması biznesinizin uğurlu gələcəyidir. Əgər siz də Milli və Beynalxalq mühasibatlığın sirlərini öyrənmək və yaxud əməkdaşlarınıza öyrətmək istəyirsinizsə , o zaman peşəkar müəllimlərlə sizin xidmətinizdəyik. Mühasib-müəllimlərimiz tərəfindən keçirilən dərslərdə ilkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanması qaydaları, müəssisədə sənəd dövriyyəsinin yaradılması, balansın qurulması, əmlakın inventarizasiyası,ciddi hesabat blankları və onların tərtibi qaydaları, məhsulların maya dəyərinin hesablanması,büdcəyə ödənilən vergilər xəzinadarlığın qurulması və hesablaşmalar, dövlət orqanlarına hesabatların verilməsi və s. mövzulara dair nəzəri və praktik bilgilərə yiyələnəcəksiz.
Mühasibatlıq proqramlarının 7.7 və 8.2 versiyası
Ticarət anbar proqramı –versiya ayrıca 1 aylıq kurslarda tədris olunur.
Ümumilikdə, Mühasibat dərsləri 1 ay nəzəriyə və 1ay praktika üzərində qurulur. Dərslər fərdi və qrupla( 2-4 nəfər) Rus və Azərbaycan bölməsi üzrə aparılır.Proqramı uğurla bitirənlərə, SERTİFİKAT təqdim edilir!