XƏBƏRLƏR        
   

     
 
 - Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbuluna başlayır. TQDK-nın Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev keçirdiyi mətbuat konfransında sənəd qəbulunun fevralın 11-dən başlayacağını deyib. Qəbul 10 gün- fevralın 21-dək davam edəcək.
Magistr olmaq istəyən balakavrlar “Bakalavrın elekron ərizə” formasını doldurmalı, şənbə və bazar günləri istisna olmaqla saat 09:00-dan 17:00-dək ərizələrini təsdiq etdirməlidirlər. Bu ilki məzunlar ərizə formasını bitirdikləri ali məktəblərdə yaradılmış Sənəd Qəbulu Komissiyasında (SQK), əvvəlki illərinin məzunları, SQK-lar fəaliyyət göstərməyən ali məktəblərin məzunları isə formanı ali təhsil müəssisələrində yaradılmış SQK-ların istənilən birində təsdiq etdirə bilərlər.
Magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi üzrə sınaq və qəbul imtahanlarının vaxtıda açıqlanıb. Fevralın 17-də keçiriləcək sınaq imtahanlarına internet vasitəsilə qeydiyyat başlayıb. Qəbul imtahanının birinci mərhələsi isə martın 3-də olacaq.
Qeyd edək ki, magistraturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavarların ümumi intellekt səviyyəsi, informatika fənnini və xarici dil bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu zaman bakalavrlara ümumi intellekt səviyyəsinin yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunacaq. Birinci mərhələdəki nəticələri TQDK-nin minimal tələblərini ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar.

 - 01.03.2013 cü il tarixindən Bilik Tədris Mərkəzində təcrübəli müəllimlər tərəfindən məktəbəqədər hazırlıq üzrə dərslər təşkil ediləcəkdir

Bilik Tədris Mərkəzində ibtidai siniflərdə oxuyan şagirdlərlə gündəlik dərsləri və anlamaqda çətinlik çəkdikləri mövzularla əlaqədar məşğələlər başlanmışdır

 - MENAR - ZEHNİ HESABLAMA.  4-12 yaş uşaqlar üçün zəkanın inkişaf proqramı üçün Bilik Kurslarının Bakı və Sumqayıt şöbələrində qeydiyyat başlamışdır və davam edir.