Xaricdə Təhsil


    Günümüzdə minlərlə azərbaycanlı gənc xaricdə təhsil almağa can atır. Bu istiqamətdə tələbatın çoxluğuna baxmayaraq ölkəmizdə xaricdə təhsil sahəsində ciddi informasiya çatışmazlığı mövcuddur. İlk növbədə təhsil xarici universitetlərə  müraciət etməyin  nə dərəcədə əhəmiyyətli olması ilə sizi tanış edək..
    Xaricdə təhsil, xarici dil öyrənmək üçün ən yaxşı yollardan biridir.
    Xaricdə bir universitetdən məzun olmaq, iş axtararkən sizi bir addım önə keçirər: Bir çox şirkət, işə qəbulda xaricdə təhsil almış kadrlara üstünlük verir. 
    Xarici təhsil təcrübəsi sizi yetkinləşdirər və özünüzə güvəni artırar.
   İkinci tərəfdən, xaricdə təhsil almaq istəyən hər bir gənc mütləq aşağıdakı məlumatlarla tanış olmalıdır. 
   Xaricdə təhsil almaq istəyən hər bir şəxs ilk növbədə xarici universitetlərin qəbul tələbləri ilə maraqlanmalı və bir sıra sənədləri əldə etməlidir. Belə ki, xaricdə təhsil ala bilmək üçün attestat,  dil bacarıqlarınızı əks etdirən sertifikatlar (TOEFL, IELTS, TestDAF, TCF və başqa imtahanlar) və digər sənədlər tələb edilir.
   Xaricdə təhsil almaq üçün müraciət edərkən mütəxəssisləşmək istədiyiniz, marağınız olan və  təməl biliklərinə malik olduğunuz ixtisası seçin. 
   Ölkə və universitet seçimi bu prosesdə demək olar ki, ən əhəmiyyətlisidir.  Belə ki, bu seçiminiz bütün müraciət proseduruna təsir edir və getdiyiniz universitet sizin gələcəyinizi müəyyən edir.  Səhv seçim isə sizin üçün mənfi nəticələr verəcəkdir. Xaricdə təhsil üçün ölkə və universitet sayı çox olduğundan onları əvvəlcədən araşdırmaq və özünüzə uyğun olanını müəyyənləşdirmək lazımdır.
    Universiteti seçdikdən sonra qəbul üçün tələb olunan meyarlara baxmalısınız. Hər bir universitetin öz qəbul şərtləri var. Sizin dil imtahanı nəticəniz tələblərə cavab vermirsə, yenidən həmin imtahana daxil olmalısınız. Yaxud GRE, GMAT, SAT, ALES və digər imtahan nəticələriniz qaneedici deyilsə, siz həmin imtahanlara bir daha daxil olmalısınız. 
    Siz bütün proseduru yekunlaşdırdıqdan və müraciət edəcəyiniz universiteti müəyyənləşdirdikdən sonra həmin təhsil qurumuna rəsmi olaraq müraciət göndərməlisiniz. Müraciət qaydaları isə hər ölkəyə və universitetə görə dəyişir. Müraciət etdiyiniz universitet tərəfindən rəsmi qəbul məktubu göndərildikdən sonra artıq sizin xaricdə təhsil almaq imkanınız var.  Bir çox ölkə Azərbaycana viza rejimi tətbiq edir. Siz universitetinə qəbul olduğunuz ölkəyə getmək üçün tələbələrə verilən viza almalısınız. Vizanı mümkün olduğu qədər tez almalısınız, çünki bəzi ölkələrin viza proseduru olduqca çox vaxt, bəzən aylar tələb edir. Bu isə sizə qəbul olduğunuz universitetə vaxtında gedib qeydiyyatdan keçməyiniz üçün maneə ola bilər. Vizanı əldə etdikdən sonra qəbul olduğunuz universitetə getməli və qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçdikdən sonra artıq siz, xaricdə təhsil ala bilərsiz.
    Yuxarıdakı məqalədə sizlər üçün xaricdə təhsil prosedurunu izah etməyə çalışdıq. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan informasiya ümumi məlumatlardır. Xaricdə təhsil almaq istərkən bir çox problemlə qarşılaşacaqsınız. Bunun üçün Bilik Tədris Mərkəzinə müraciət edə ya qeydiyyatdan keçib formu dolduraraq bizə göndərə bilərsiniz. Biz sizə hər bir köməkliyi göstərməyə hazırıq.

Şəxsi məlumatlar


Orta Təhsil



Ali Təhsil




Oxumaq istədiyiniz şəhər

Almaniya

Gürcüstan

Macarıstan

Makedoniya

Orta Asiya

Polşa

Ruminiya

Türkiyə

İtaliya