Əcnəbi Tələbələrin Qəbulu


    Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq üçün gələn xarici vətəndaşlar tədris dilini bilmədikləri halda, müvafiq dil hazırlığı keçdikdən sonra əsas təhsilə başlayırlar. Məhz bu məqsədlə Azərbaycan ali təhsil müəssisələrində əcnəbi vətəndaşların müvafiq dil hazırlığını həyata keçirmək məqsədilə ali məktəbdə Hazırlıq fakültələri, şöbələri və mərkəzləri fəaliyyət göstərməkdədir.
    Təhsil sənədi Azərbaycan Respublikasında qəbul edilmiş müvafiq təhsil proqramları səviyyəsinə uyğun olan əcnəbilər dil biliklərinin yüksəldilməsi məqsədilə hazırlıq kurslarına qəbul edilirlər. Hazırlıq müddətinin sonunda dinləyicilər buraxılış imtahanları verir və imtahanlardan müvəffəqiyyətlə keçmiş əcnəbilərə təhsil haqqında vahid formada dövlət sənədi olan şəhadətnamələr təqdim edilir. Bu şəhadətnamələrə sahib olduqdan sonra əcnəbilər ali təhsil müəssisələrində əsas təhsil səviyyələri üzrə təhsil ala bilərlər. 
  Əcnəbi tələbələr arasında Azərbaycanda region ölkələrin vətəndaşları ilə yanaşı, Avropa ölkələrinin, ABŞ, Yaponiya, Çin, Hindistan, Argentina və bir çox ərəb ölkələrinin vətəndaşları da təhsil ala  bilərlər.  Azərbaycanda təhsil almaq istəyən əcnəbi vətəndaşlar aşağıda  verilən şəxsi məlumatlar  bölməsinə daxil olub qeydiyyatdan keçərək istədikləri universitet və ixtisaslar üzrə seçimi bizə göndərə bilərlər. 
    Azərbaycana təhsil almaq istəyən əcnəbilər eyni zamanda ölkədə yaşam qaydalarına düzgün əməl etməlidirlər. Ölkə ərazisində qeydiyyata düşmək və müvəqqəti yaşama haqqında müvcud qaydaları pozmamaq üçün əcnəbilər ölkəyə daxil olmazdan əvvəl Dövlət Miqrasiya Xidmətinin xarici vətəndaşların ölkə ərazisində olmaları qaydaları ilə tanış olmalıdırlar.

 

Şəxsi məlumatlar


Orta Təhsil