Xaricdə Təhsil


    Günümüzdə minlərlə azərbaycanlı gənc xaricdə təhsil almağa can atır. Bu istiqamətdə tələbatın çoxluğuna baxmayaraq ölkəmizdə xaricdə təhsil sahəsində ciddi informasiya çatışmazlığı mövcuddur. İlk növbədə təhsil xarici universitetlərə  müraciət etməyin  nə dərəcədə əhəmiyyətli olması ilə sizi tanış edək..
    Xaricdə təhsil, xarici dil öyrənmək üçün ən yaxşı yollardan biridir.
    Xaricdə bir universitetdən məzun olmaq, iş axtararkən sizi bir addım önə keçirər: Bir çox şirkət, işə qəbulda xaricdə təhsil almış kadrlara üstünlük verir. 
    Xarici təhsil təcrübəsi sizi yetkinləşdirər və özünüzə güvəni artırar.
   İkinci tərəfdən, xaricdə təhsil almaq istəyən hər bir gənc mütləq aşağıdakı məlumatlarla tanış olmalıdır. 
   Xaricdə təhsil almaq istəyən hər bir şəxs ilk növbədə xarici universitetlərin qəbul tələbləri ilə maraqlanmalı və bir sıra sənədləri əldə etməlidir. Belə ki, xaricdə təhsil ala bilmək üçün attestat,  dil bacarıqlarınızı əks etdirən sertifikatlar (TOEFL, IELTS, TestDAF, TCF və başqa imtahanlar) və digər sənədlər tələb edilir.
   Xaricdə təhsil almaq üçün müraciət edərkən mütəxəssisləşmək istədiyiniz, marağınız olan və  təməl biliklərinə malik olduğunuz ixtisası seçin. 
   Ölkə və universitet seçimi bu prosesdə demək olar ki, ən əhəmiyyətlisidir.  Belə ki, bu seçiminiz bütün müraciət proseduruna təsir edir və getdiyiniz universitet sizin gələcəyinizi müəyyən edir.  Səhv seçim isə sizin üçün mənfi nəticələr verəcəkdir. Xaricdə təhsil üçün ölkə və universitet sayı çox olduğundan onları əvvəlcədən araşdırmaq və özünüzə uyğun olanını müəyyənləşdirmək lazımdır.
    Universiteti seçdikdən sonra qəbul üçün tələb olunan meyarlara baxmalısınız. Hər bir universitetin öz qəbul şərtləri var. Sizin dil imtahanı nəticəniz tələblərə cavab vermirsə, yenidən həmin imtahana daxil olmalısınız. Yaxud GRE, GMAT, SAT, ALES və digər imtahan nəticələriniz qaneedici deyilsə, siz həmin imtahanlara bir daha daxil olmalısınız. 
    Siz bütün proseduru yekunlaşdırdıqdan və müraciət edəcəyiniz universiteti müəyyənləşdirdikdən sonra həmin təhsil qurumuna rəsmi olaraq müraciət göndərməlisiniz. Müraciət qaydaları isə hər ölkəyə və universitetə görə dəyişir. Müraciət etdiyiniz universitet tərəfindən rəsmi qəbul məktubu göndərildikdən sonra artıq sizin xaricdə təhsil almaq imkanınız var.  Bir çox ölkə Azərbaycana viza rejimi tətbiq edir. Siz universitetinə qəbul olduğunuz ölkəyə getmək üçün tələbələrə verilən viza almalısınız. Vizanı mümkün olduğu qədər tez almalısınız, çünki bəzi ölkələrin viza proseduru olduqca çox vaxt, bəzən aylar tələb edir. Bu isə sizə qəbul olduğunuz universitetə vaxtında gedib qeydiyyatdan keçməyiniz üçün maneə ola bilər. Vizanı əldə etdikdən sonra qəbul olduğunuz universitetə getməli və qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçdikdən sonra artıq siz, xaricdə təhsil ala bilərsiz.
    Yuxarıdakı məqalədə sizlər üçün xaricdə təhsil prosedurunu izah etməyə çalışdıq. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan informasiya ümumi məlumatlardır. Xaricdə təhsil almaq istərkən bir çox problemlə qarşılaşacaqsınız. Bunun üçün Bilik Tədris Mərkəzinə müraciət edə ya qeydiyyatdan keçib formu dolduraraq bizə göndərə bilərsiniz. Biz sizə hər bir köməkliyi göstərməyə hazırıq.

Qeydiyyatdan Keç


Almaniyada Təhsil

Almaniyada mülayim dəniz iqlimi müşahidə olunur. Qışı soyuq, buludlu ve rütübətli, yayı mülayim və küləklidir.

Ən önəmli şəhərləri: Berlin, Hamburq, Münxen, Bremen, Hannover, Düsseldorf.

Almaniya keyfiyyətli təhsil verən ölkələrdən biridir. Ölkənin ali məktəblərində ortalama 2 milyon tələbə təhsil alır. Almaniya diplomları və sertifikatları Avropa birliyində və bütün dünyada əsəs sayılır. Almaniya tələbələr üçün yaratdığı imkanlar, fərqli təhsil sistemi, tətbiq etdiyi yüksək təhsil səviyyəsinə görə tələbələrin seçdiyi ölkələrin başında gəlməkdədir. Elmi cəhətdən güclü olan universitetlər yalnız  böyük şəhərlərdə deyil, balaca şəhərlərdə də yerləşir və həmin universitetlər də bütün dünyada tanınır. Bakalavr və magistr proqramlarında dərslər ingilis və alman dilində tədris olunur.

Alman ali məktəb təhsil sistemi çoxtərəflidir və müxtəlif ali məktəb növlərindən ibarətdir. Təcrübəyə daha çox üstünlük verənlər peşə ali məktəbi, nəzəriyyəyə əsaslanan, tədqiqata üstünlük verənlər isə universiteti seçirlər. Bu gün Almaniyanın ali məktəblərində 1,98 milyon tələbə təhsil alır.  Ümumilikdə, 376 ali məktəb ali təhsil təklif edir və bunlardan 102-si universitet, 170-i ali peşə məktəbi və 69-u özəl ali məktəbdir. Ötən illərdə xarici tələbələrin sayı hiss olunacaq dərəcədə artmışdır.  Almaniyada alınan diplom yalnız Azərbaycanda deyil, dünya səviyyəsində bir iş və karyera açarıdır. Almaniya AB-in qabaqcıl ölkəsidir. Təhsil haqqı yüksək olmayan ölkələrdəndir. Almaniyada bir şagirdin yerləşmə və yemək xərcləri daxil aylıq xərci 550-650 avrodur.  Tələbə Almaniyada fərdi ehtiyacı və büdcəsinə uyğun yaşayış yeri seçə bilər.   Bəzi universitetlərin öz tələbə yataqxanaları vardır.

Almaniyada bakalavr və magistr, doktorantura təhsili

Bakalavr pilləsi üzrə tədris 4 illikdir.Bir il hazırlıq və üç il tədris. Amma burada təhsil sistemi Azərbaycan təhsil sistemindən fərqlənir. Azərbaycanda orta məktəb on bir illik   olduğu halda, Almaniyada orta məktəb on üç illik sistemlə işləyir. Bu baxımdan da Azərbaycanda orta məktəbi bitirib birbaşa Almaniya universitetlərinin bakalavr pilləsinə  qəbul olmaq  üçün  Azərbaycanda ən azı iki il bakalavr təhsili almaq lazımdır.

Almaniya universitetləri  əsasən tibb və texnologiya sahəsində məşhurdur. Burada təhsil alan tələbələrin 70% – 80% bu sahədə təhsil alırlar. Universitetlərə  qəbul ildə iki dəfə aparılır: yay və qış.

Almaniyada bakalavr pilləsində təhsil almaq üçün əsasən tələb olunur: IELTS və yaxud TOEFL beynəlxalq ingilis dili imtahanları, DSH və ya TesDAF alman dili imtahanlarının nəticəsi

 

Almaniyada bakalavr təhsil ilə bərabər magistr təhsili də ala bilərsiniz. Bunun üçün ilk öncə bakalavr pilləsini bitirmək lazımdır. Almaniyada magistr  təhsili ən yüksək standartlara uyğun olaraq keçirilir.

Bakalavr və magistr dərəcələri ilə yanaşı, doktorantura dərəcəsini də bu ölkədə davam etdirə bilərsiniz. Lakin burada magistr və ya doktorantura dərəcələrini oxumaq bir o qədər də asan deyil. Bunun üçün ingilis və ya alman dillərini sərbəst bilmək vacibdir.

Bütün bunlarla bərabər, siz Almaniyada yay düşərgələrində də iştirak edə bilərsiniz.


Gürcüstanda təhsil  

Gürcüstanda təhsil  —  Gürcüstan ali məktəb sisteminə universitetlər, akademiyalar və institutlar daxildir. Ölkədə 26 dövlət ali məktəbi (onlardan səkkizi universitetdir) və 209 özəl ali məktəb fəaliyyət göstərir. . Bakalavr təhsili 4 ildir. Tibbi ixtisaslar isə 6 il. Magistr təhsili isə 2 ildir. 
Gürcüstanda əcnəbi tələbələr üçün tədris dili İNGİLİS və RUS dillərindədir. 
Gürcü dilini öyrənmək istəyənlər üçün kurslar da mövcuddur.
Gürcüstanda tələbə həyatı olduqca maraqlı keçir.Yaşayış xərclərinin az olması tələbələrə daha böyük stimul verir. Təhsil haqqı universitetdən və ixtisasdan asılı olaraq dəyişir. Ortalama 1000$-dan başlayaraq 1700$-a qədər davam edir. Yuxarıdakı qiymətlər tibb ixtisaslarına aid deyil. Tibb Universitetində qiymətlər 2500$-5000$ arasında dəyişir.

Rəsmi əməkdasliq etdiyimiz universitet:

  • OPEN UNİVERSİTETİ

Macarıstanda təhsil

Macarıstan Avropanın bir çox ölkəsindən gələn tələbələri təhsil imkanı ilə təmin edir. Macarıstanda  təhsil almaq üçün imtahana ehtiyac olmadan ən prestijli universitetlərdə Tibb, Əczaçılıq, Müdəndislik, Menecment və bir çox sahələrdə bakalavr və magistr oxumaq mümkündür. Macarıstan universitetləri keyfiyyətli təhsil və prestijli diplom təqdim etməkdədir. Sız burada İngilis dilində təhsil ala bilərsiniz. Bu sahədə həm etibarlı bir diploma, həm də ana dili səviyyəsində İngiliscəyə sahib olacaqsınız.

Təhsil Sistemi və Qəbul şərtləri

Xarici tələbələr standart olaraq ilk mərhələdə Universitet Hazırlıq Proqramına (International Foundation Year) qəbul edilirlər. Tibb və digər elmlər  olmaq üzrə 2 fərqli universitet hazırlıq proqramı həyata keçirilir. Hazırlıq proqramını müvəffəqiyyətlə tamamlayan tələbə təhsil almaq istədiyi fakültəyə qəbul edilir.

Tibbə qəbul üçün keçirilən müsahibədə tələbələrin İngilis dili səviyyələri ilə yanaşı  biologiya, fizika və kimya fənləri üzrə bilgiləri də yoxlanılır. Foundation proqramlarına qəbul olmaq üçün İngilis dili məlumatının ən az orta səviyyədə (Intermediate) olması lazımdır. İmtahandan müvəffəqiyyətlə keçən tələbələr hazırlıq sinfinə qəbul edilir. İngiliscəsi  çox yaxşı dərəcədə olan tələbələr istəsələr, sentyabr ayında universitetdə təşkil edilən azad imtahanda iştirak edə bilərlər. Azad imtahandan keçə bilən şagirdlər hazırlıq ili oxumağa ehtiyac qalmadan universitet təhsilinə  başlaya bilərlər.
Macarıstanda bakalavr təhsili 3 il (bəzi mühəndislik fakültələrində 3.5 il), magistr təhsili isə 2 il davam edir. Tibb təhsili 6 il, Diş Həkimliyi və Əczaçılıq isə 5 ildir. Təhsil səviyyələri üzrə heç bir yaş məhdudiyyəti müəyyən olunmamışdır.

Macarıstanda təhsil haqqı ixtisaslara və universitetlərə görə dəyişir.  İctimai elmlər və ya mühəndislik sahələrinin illik təhsil haqqı 3000-3500 Avro; tibb, diş həkimliyi və əczaçılıq sahələrinin isə illik ödənişləri 9000- 9500 Avro ətrafındadır

Macarıstan Avropada Universitet təhsili almaq istəyən tələbələr üçün ən əlverişli ölkələrdən biridir. Tələbənin  yaşayışı üçün müxtəlif variantlar vardır.Tələbələr yurdda ya da kirayəlik evlərdə yaşaya bilərlər.Aylıq yaşam xərcləri ortalama  500-600 Avro ətrafındadır.

Rəsmi əməkdaşlıq etdiyimiz universitetlər:

1.    Corvinus universiteti

2.    Elte universiteti

3.    Debrecen universiteti

4.    Andrassy universiteti

5.    Pecs universiteti

6.    Beynəlxalq Biznes məktəbi

7.    Szent İstvan univbersiteti (SZİU)

8.    Metropolitan universiteti  (Met)


Makedoniyada təhsil

Makedoniya Respublikası keçmiş Yuqoslaviyanın bir hissəsidir. Ölkənin mədəniyyəti türk xalqalarının mədəniyyəti ilə yaxındır. Tarixi və mədəni sərvətlərlə zəngin bir ölkədir.

Makedoniyanın  təhsil sistemi Avropa təhsil sistemilə eynidir. Makedoniyadakı universitetlərdə ali təhsil almaq üçün orta məktəb və ya peşə  diplomu kifayətdir.Siz  imtahan vermədən təhsil ala bilərsiniz.  Makedoniya universitetlərində təhsil almaq olduqca əlverişlidir. Burada hüquq, iqtisadiyyat, memarlıq, sosiologiya, tibb, mühəndislik sahələri üzrə təhsil ala bilərsiniz. Makedon universitetlərinin  təhsil haqları universitetlərə görə dəyişir. Təhsil haqları digər ölkələrdəki universitet qiymətlərindən aşağıdır.Demək olar ki, bütün universitetlərdə illik təhsil haqqı 800-3000 avro arasında dəyişir. Tibb, əczaçılıq və stomatologiya ixtisasları 1500 avrodan 3000 avroya qədərdir. Mühəndislik isə ildə € 1000 ilə € 3000 arasındadır. Makedoniyada tibb təhsili, əczaçılıq təhsili, diş həkimliyi təhsili daxil bütün ixtisaslara imtahan stressi olmadan qəbul ola bilmək mümkündür. Təhsil ingilis, makedon və türk dilindədir.  Xarici tələbələr bakalavr və magistr təhsili ala bilərlər. Bakalavrlar tibb ixtisası üzrə 6 il, əczaçılıq üzrə  4 il, diş həkimliyi üzrə isə 5 il təhsil alırlar. Mühəndislik və digər şöbələrdə təhsil 4 ildir. Universitetin birinci ili Makedoniyada hazırlıq ilidir. Hazırlıq iki semestrdir.

İELTS və ya TOEFL kimi İngilis dili bilik sertifikatları olan tələbələr ingilis dilli bölmələrdə Makedon Universitetlərinin 1-ci sinfinə birbaşa qeydiyyatdan keçə bilərlər. Tələbələr Makedoniya Universitetlərinə qəbul olmaq üçün bütün il boyunca müraciət edə bilərlər.

 Rəsmi əməkdaşlıq etdiyimiz universitetlər:

  1. Vizyon universiteti
  2. Avropa universiteti

Orta Asiyada tehsil

Siz Orta Asiyada yerləşən Qazaxıstan, Qırğızıstan universitetlərində ali təhsil ala bilərsiniz.

Qazaxıstanda müstəqilliyin ilk günlərindən etibarən cəmiyyətin inkişafında təhsil əsas yer tutur.Bu sahədə bir çox addımlar atılır. Təhsilə ayrılan büdcə artır, məktəblərin maliyyə və texniki infrastrukturu güclənir. 2001-ci ildən Qazaxıstanın bütün məktəblərinə kompüterlər verilib və Qazaxıstanın ali təhsil sistemində radikal dəyişikliklər edilib. Tələbə kvotası yaratmaq üçün namizədlərin tək mərkəzli testdən keçməsinə imkan verən yeni bir mexanizm hazırlanmışdır. Universitetlərdə beynəlxalq standartlaşdırma təsnifatı standartlarına uyğun olaraq çoxsaylı sistem quraşdırılmışdır. Ali təhsil müəssisələrinin maliyyələşdirilməsi üçün çoxtərəfli təhsil xidmətləri bazarı yaradılmışdır.

İstedadlı uşaqların və gənclərin inkişafına nail olmaq, hökumətin təhsil siyasətinin əsas məqsədlərindən biri kimi qəbul edilmişdir.

Qazaxıstan universitetləri beynəlxalq nüfuzuna, iqtisadi artımına və siyasi sabitliyinə görə dünya intellektual cəmiyyətinin nümayəndələrinin diqqətini cəlb edir.

Qazaxıstanda təhsil almaq istəyən tələbələr rus və ya ingilis dillərini təlim dili olaraq seçə bilərlər. Qazaxıstan universitetlərində təhsil almaq istəyən, lakin rus, ingilis dilində bilməyən tələbələr ilk 1 il ərzində dil təhsilini alırlar.

Təhsil sistemi Boloniya sisteminə  uyğundur. Qazaxıstanda bakalavr 4 ildir. Tibb isə bütün ölkələr kimi,  6, 7 ildir. Birinci il  dil tədrisi keçirilir. İngilis dilində yaxşı bilən və Rus dilində danışa bilən  tələbələr hazırlıq təhsili almadan birbaşa birinci semestrə başlaya bilərlər. İngilis və rus dilini orta səviyyədə bilənlərin işi  daha asandır. Belə tələbələr universitet daxilində 4 aylıq qısa hazırlıq təhsili alaraq istədikləri  şöbədə təhsil ala bilərlər.

 Qazaxıstanda  təhsil almaq istəyən tələbələr üçün universitetlərin yataqxanaları var. Universitet yataqxanaları müasir komplekslərdən ibarətdir və hər cür ehtiyacları qarşılamaq üçün nəzərdə tutulub. Yurd xərcləri universitetə görə dəyişir.

Son illərdə Qazaxıstan iqtisadiyyatı sürətlə inkişaf edir  və nəticədə bir çox iş imkanları yaranır. Ölkədə təhsil alan tələbələr işləyərək öz təhsil xərclərini ödəyə bilərlər.

 


 

 

Rəsmi  əməkdaşlıq etdiyimiz universitetlər:

Süleyman Demirel Universiteti

Al Farabi Qazaxıstan Milli Universiteti

Almaata Texnologiya Universiteti

Beynəlxalq Biznes Akademiyası

Qazaxıstan Turizm və İdman Akademiyası

İqtisad Universiteti

Afendiyarov Qazaxıstan Milli Tibb Universiteti

Abilayxan Qazaxıstanın Beynəlxalq Əlaqələr və Dünya Dillər Universiteti

Qazaxıstan İdarəetmə, İqtisadiyyat və Strateji Araşdırmaları Universiteti

Aktobe Dövlət Pedaqoji Universiteti

Atırau H. Dosmuhamedov Dövlət Universitet

Şərq Qazaxıstan D.Serikbayev Dövlət Texniki Universiteti

Semey Dövlət Tibb Universiteti

Taraz M.H. Dulati Dövlət Universiteti

Qərbi Qazaxıstan Jangir Xan Kənd Təsərrüfatı - Texniki Universiteti

Kızılorda Korkıt Ata Dövlət Universiteti

Qazaxıstan Hüquq Universiteti

Almaata Enerji və Telekommunikasiya Universiteti

 

Qırğızıstanda təhsil-

  Qırğızıstan Mərkəzi Asiyanın ən nüfuzlu təhsil ölkələrindən biridir. 

Paytaxtı Bişkek olan Qırğızıstan  təxminən 80 ali təhsil müəssisəsindən ibarət  bir ölkədir. Bişkekin özündə çox sayda universitet yerləşir. Bu baxımdan buranı  bir universitet şəhəri adlandırsaq, yanlış olmaz. Bişkekdən başqa təhsil ala biləcək əsas şəhərlər Oş və Cəlalabad şəhəri, ölkənin ən böyük şəhərləridir.
Fənn elmləri və ictimai elmlər sahələrində təhsil verən universitetlərdə riyaziyyat, mühəndislik, turizm, hüquq, tibb, fizika, kimya, biologiya, tarix, coğrafiya, Türkologiya, Qırğız ədəbiyyatı, Xarici dil bölümleri,  iqtisadiyyat və beynəlxalq münasibətlər ixtisasları üzrə təhsil ala bilərsiniz. Tələbələrin əksəriyyətı Qırğız olmaqla yanaşı dünyanın bir çox ölkəsindən gələn xarici tələbələr hec də az deyil  . Təhsil haqqı $ 1000-dan $ 1500-ə qədər dəyişir. .

Ölkənin ən nüfuzlu universitetlərindən biri Qırğızıstan-Türkiyə Manas Universitetidir.  Universitet 1995-ci ildə iki ölkə arasında imzalanan müqavilədən sonra Bişkek şəhərində yaradılıb və 1997-1998-ci tədris mövsümündən etibarən fəaliyyətini davam etdirir.   İki kampusu olan universitetin təhlükəsiz və rahat yataqxana qurğuları var. Qırğızıstanda ən müasir universitetlərdəndir. Laboratoriyaları , idman kompleksi, yataqxanası olan və bütün imkanlara malik bir universitetdir..   Qırğızıstanda təqaüdlü təhsil demək olar ki,  tapa bilməyəcəksiniz.

Rəsmi əməkdaşlıq etdiyimiz universitetlər

Beynəlxalq Atatürk-Alatoo Universiteti

Türkiyə Manas Universiteti -

Beynəlxalq Qırğızıstan Universiteti -

Qırğızıstan Dövlət Hüquq Akademiyası -

Qırğızıstan Razzakov Texniki Universiteti -

Qırğızıstan Dövlət Rabitə və İnşaat Universiteti -

Qırğızıstan Milli Universiteti


Polşada Təhsil

1000-ildən çox yaşı olan Polşa dövləti,  Şimali Avropanın düz mərkəzində yerləşir.

Təhsil sistemində  Polşa ən dinamik inkisaf edənlər sırasındadır. Son 12 ildə  tələbələrin sayı 4 dəfə,ali məktəblərin sayı isə 5 qat artmısdır. Hər il demək olar ki, yarım milyon gənc universitet və  kollec təhsilinə başlayır.

Bütün aparıcı ali məktəblərdə tədris ingilis dilində aparılır. Tibb, mühəndislik, humanitar, biznes və maliyyə sahəsinə  qəbul mümkündür. Polşa Boloniya prossesində  fəal iştirak edir. ECTS  sayəsində (Avropa Kredit Transfer Sistemi) tələbələr  digər ölkələrdə də təhsillərini davam edə  bilərlər. Polsa təhsil sistemi üç  mərhələyə bölünür: Bakalavr, Magistr və  Doktorluq

Bakalavr təhsili almaq üçün IELTS və ya TOEFL imtahanı nəticəniz yoxdursa, 1 il foundation keçməklə təhsil ala bilərsiniz. İncəsənət məktəbləri, eləcə də bəzi fiziki təhsil şöbələri əlavə qabiliyyət imtahanları təşkil edir. Bakalavr təhsili 3-3,5 il davam edir. Texniki elmlər, kənd təsərrüfatı və iqtisadiyyat 3,5-4 il davam edir. Magistr təhsili almaq üçün isə, bakalavr dərəcəsi və IELTS və ya TOEFL imtahanı nəticəsi yetərlidir. Magistr təhsili 1.5 və ya 2 ildir.

Qeydiyyat üçün lazım olan sənədlər:

Müəyyən  bir universitet  seçimindən asılı olaraq, adətən ərizə forması, orta məktəb nəticələri (attestat),  həmçinin ingilis dili biliklərindən IELTS  və ya TOEFL balı tələb olunur. Bəzi ali məktəblərdə  tövsiyyə  məktubları, şəxsi oçerklər və digər sənədlər tələb olunur. İncəsənət məktəbləri əlavə qabiliyyət testləri təşkil edir.

Akademik il 2  hissəyə bölünür:

  1. Payız semesteri.  Başlama vaxtı  –  oktyabr
  2. Qış  semesteri.   Başlama vaxtı  –  fevral

Tədris, mühazirələr, dərslər, seminarlar, laboratoriya işləri və  kurs yazılarından ibarətdir.


Ruminiyada təhsil

Rumıniya universitetlərində ali təhsil alaraq gələcək karyeranızda Rumıniya şirkətlərində və dünyanın inkişaf etmiş digər ölkələrində yüksək səviyyəli işlə təmin oluna bilərsiniz. 2007 – ci ildən etibarən Rumıniya Avropa İttifaqının üzvüdür. Rumıniya universitetləri sizə, rumın, ingilis, fransız, macar və alman dillərində  ali təhsil təklif edir.Ölkədə dövlət və özəl ali məktəblərdə kredit sistemi ilə təhsil almaq mümkündür.Ümumilikdə, Ruminiya təhsili özündə aşağıdakıları birləşdirir:

 

56 dövlət universitet, bunlardan 49 – u vətəndaşlara, 7 – si hərbiçilərə yönəlikdir.

26 özəl ali məktəb

6 lisey

 

Bundan əlavə ölkədə akademiyalar, universitet tərkibində kolleclər və konservatoriyalar da fəaliyyət göstərir.Ruməniya təhsil sistemi Baloniya prosesinin əsas tərkib hissəsidir.Əsasında kredit seçmə sistemi (ECTS) dayanır ki, bu da 3 səviyyədən ibarətdir:

Bakalavr  – Təhsil müddəti 3-6 il (180-240 kredit)

Magistratura- Təhsil müddəti 2 il (90 – 120 kredit)

 

Doktorantura – Təhsil müddəti 3-4 il (60 kredit)

Bakalavr pilləsində təhsil müddəti  seçilmiş ixtisasa görə dəyişir.məsələn, incəsənət, idman, humanitar, sosial, iqtisadiyyat, hüquq sahəsində təhsil 3 illikdir.Texniki sahələr 4 ildən az deyil, tibb ixtisası isə 6 ildir.Təhsil ili 2 semestrdən ibarətdir, hər biri 14 həftə davam edir:

 

Payız: oktyabr – yanvar

Yaz: fevral – iyun

 

Hər semestrin sonunda yekun imtahanlar verilir.

 

Ruminiyada Ali Təhsil almanın və yaşamanın qiyməti

 

Xarici tələbələr üçün pulsuz təhsil demək olar ki mümkün deyil.Nadir hallarda tələbə Beynəlxalq razılaşmaya əsasən qrant və ya təqaüd imkanı əldə edə bilərlər.Ancaq digər hallarda illik xərc ortalama olaraq 2000-5000 evro arasında dəyişir.Ən bahalı təhsil tibb hesab olunur ki, bu da təxminən  6000 evro edir.Hazırlıq dil kursları 2000 – 2500 evrodur.Qaydalara əsasən, ilk il təhsil haqqı tam olaraq ödənilir.Bu viza almanın əsas şərtidir.Tələbələr işləyərək də pul qazana bilərlər.Ölkədə yaşama xərci  digər qonşu ölkələrə nisbətən daha münasibdir. Orta statistik göstəricilərə görə rumin tələbə aylıq 500 evroya yemək və qalma xərcini təmin edə bilər.

 

 Rəsmi əməkdaşlıq etdiyimiz universitetlər

 

  1. Buxarest Universiteti
  2. Buxarest Politexnik Universiteti
  3. Buxarest İqtisad Akademiyası
  4. “Karol Davil” adına tibbi və əczaçılıq universiteti
  5. Yass universiteti
  6. Babeş – Balyay universiteti

Türkiyədə təhsil

Azərbaycanlı tələbələr xaricdə təhsil almaq istədikdə  çox uzağa yox elə məhz qonşu ölkə olan  Türkiyə Universitetlərinə müraciət edə bilərlər. Türkiyə təhsil sistemi son illərdə çox sürətlə inkişaf edir, hər kəs keyfiyyətli təhsildən yararlanmaq istəyir. Buna əyani misal olaraq, 2013-cü ildə Dünyanın 100 ən yaxşı reputasiyalı Universiteti siyahısında ilk TOP 50- də Türkiyənin  təhsil ocağının da yer aldığını göstərə bilərik. : 

Dövlət Universitetlərində illik təhsil haqqı bizim və digər Avropa Universitetlərindəki təhsil haqqıyla müqayisədə kifayət qədər aşağıdır. Dövlət Universitetlərində illik təhsil haqqının çox münasib olması, qonşu ölkə olması, yaşayış xərclərinin az olması və viza prosedurunun Azərbaycan vətəndaşları üçün asan olması, təqaüd alma şansının olması, adət-ənənəmizin, mədəniyyət və incəsənətimizin və nəhayət dilimizin çox yaxın olması bir çox Azərbaycan gəncinin Türkiyə Universitetlərində təhsil almaq istəyini daha da artırır.Bu səbəbdən  son illərdə Türkiyədə Təhsil almaq istəyən azərbaycanlı tələbələrin sayı getdikcə daha da artır.  

Türkiyə Universitetlərinə qəbul olmaq üçün bir sıra imtahanlardan  keçməlisiniz.

Qeyd edək ki, Türkiyə Universitetləri Dövlət və Özəl olmaqla 2 yerə bölünür. Türkiyə Universitetlərində təhsil almaq üçün hər Universitin demək olar ki, öz şərtləri olur. Ümumilikdə, Bakalavr təhsili almaq üçün SAT I, II və ya YÖS imtahanlarından biri verilməlidir. Magistr təhsili üçün isə ALES imtahanından keçməlisiz.

Hər iki halda əgər ingilis dilində təhsil almaq istəyirsizsə onda sizin minimum 5.5 IELTS nəticəniz də olmalıdır. Əgər ingilisce təhsil almaq üçün  İELTS, türkcə təhsil almaq üçün TÖMER nəticəniz yoxdursa, bir il universitetdə hazırlıq sinfində oxuyaraq həmin imtahanları verib iki dildən birində bakalavr təhsilinə başlaya bilərsiniz.

Bakalavr təhsil müddəti 4 ildir. Ümumiyyətlə, Türkiyədə 172 universitet vardır. Bunların 105-i dövlət, 61-i özəl, 6-sı isə texnikumdur. Xarici tələbələrin Türkiyədə bakalavr oxumaq üçün 5  təklif var:

1. TCS – Türk dövlətlərindən Türkiyədəki ali təhsil qurumlarında təqaüdlü təhsil almaq istəyən tələbələr üçün təşkil edilən imtahandır.

2. YÖS – Bu imtahan son 2 ildə artıq ümümi bir imtahan deyil,daha çox bəzi universitetlərin öz nəznində keçirdiyi bir imtahana çevrilib. YÖS imtahanında iştirak etmək istəyənlər birbaşa universitetlə əlaqəyə girib qeydiyyatdan keçib, universitetin öz daxilində vəya seçilmiş mərkəzlərində imtahan verməlidirlər.

3. TQDK – YÖS imtahanı keçirməyən bir çox universitet TQDK-dan toplanan balla tələbə qəbul edir. Bu bal universitetlərin reytinqinə görə dəyişir. Ümumi olaraq çox universitet tələbənin seçdiyi ixtisasın olduğu qrup üzrə keçid balını keçməyi tələb qoyur. Normal bir universitetdə oxumaq üçün isə TQDK-dan 400-450 arası bal toplamaq lazımdır. Daha yüksək reytinqli universitetlər 550-600 arası bal tələb edirlər.

4. SAT –Prestijli Türkiyə universitetlərinə qəbul olmaq üçün SAT imtahanı ilə tələbə qəbulu təşkil edilir. Bu daha çox ingilis dilli proqramlara aid olur.

5. ATTESTAT- Türkiyədə təhsil almağın bir digər və ən asan yolu YALNİZ ATTESTATLA təhsildir. Heç bir imtahanda iştirak etmədən yalnız ORTA MƏKTƏB ATTESTATI ilə təhsil ala bilərsiniz.  Hər universitet bunu qəbul etmir.

Türkiyədə magistr təhsili almaq üçün ilk öncə 4 illik bakalavr təhsilini bitirmək lazımdır. Türkiyədə magistratura pilləsi üçün ALES imtahanında iştirak edib, o imtahandan topladığınız balla universitetlərə müraciət edə bilərsiniz. Həm ingilis, həm də türk dilində təhsil ala bilərsiniz. Təhsil, əsasən, 2 illikdir. İngilis dilində təhsil almaq istəyənlər əlavə olaraq TOEFL və ya IELTS nəticəsi təqdim etməlidirlər. İngilis dilində təhsil almaq istəyirsizsə onda sizin minimum 6 IELTS nəticəniz olmalıdır.

Bakalavr və Magistratura təhsili üzrə əməkdaşlıq etdiyimiz universitetlər:

  1. İstanbul Universiteti
  2. Çukurova Universiteti (Adana)
  3. Koç Universiteti (İstanbul)
  4. Ercies Universiteti (Kayseri)
  5. Bahçeşehir Universiteti (İstanbul)
  6. Kültür Universiteti (İstanbul)
  7. Üsküdar universiteti (İstanbul)
  8. Istanbul Teknik Universiteti  (Istanbul)
  9. Yildiz Teknik Universiteti  (Istanbul)
  10. Istanbul Universiteti  (Istanbul)
  11. Bogazici Universiteti  (Istanbul)
  12. Marmara Universiteti  (Istanbul)
  13. 29 Mayis Universiteti  (Istanbul)
  14. Ankara Universiteti  (Ankara)
  15. Gazi Universiteti  (Ankara)
  16. Bursa Teknik universiteti (Bursa)
  17. Hacettepe Universiteti  (Ankara)
  18. Yildirim Beyazit Universiteti  (Ankara)
  19. Ege Universiteti  (Izmir)
  20. Dokuz Eylul Universiteti  (Izmir)
  21. Nevşehir universiteti (Nevsehir)
  22. Sakarya Universiteti  (Sakarya)
  23. Pamukkale Universiteti  (Denizli)
  24. Uludag Universiteti  (Bursa)
  25. Ordu Universiteti  (Ordu)
  26. Celal Bayar Universiteti  (Manisa)
  27. Dumlupinar Universiteti  (Kutahya)
  28. Kirikkale Universiteti  (Kirikkale)
  29. Balıkesir universiteti (Balıkesir)
  30. Bartin Universiteti  (Bartin)
  31. Kirklareli Universiteti  (Kirklareli)
  32. Bülent Ecevit universiteti ( Zonquldak)
  33. Karabük universiteti ( Karabük)
  34. Kastamonu universiteti (Kastamonu)
  35. Adnan Menderes Universiteti  (Aydın)
  36. Sinop universiteti (Sinop)
  37. Iğdır universiteti ( Iğdır)
  38. Ataturk Universiteti  (Erzurum)
  39. Karadeniz Teknik Universiteti  (Trabzon)
  40. Recep Tayip Erdogan Universiteti  (Rize)
  41. Suleyman Demirel Universiteti  (Isparta)
  42. 19 Mayis Universiteti  (Samsun)
  43. Kocaeli Universiteti  (Kocaeli)
  44. 18 Mart Universiteti  (Canakkale)
  45. Akdeniz Universiteti  (Antalya)
  46. Giresun universiteti ( Giresun)
  47. Selcuk Universiteti  (Konya)
  48. Anadolu Universiteti  (Eskisehir)
  49. Namik Kemal Universiteti  (Tekirdag)
  50. Bayburt univeriteti ( Bayburt)
  51. Osmangazi Universiteti  (Eskisehir)Sitki Kocman Universiteti  (Mugla)
  52. Gaziantep Universiteti  (Gaziantep)
  53. Mersin Universiteti  (Mersin)
  54. Sutcu Imam Universiteti  (Kahramanmaras)
  55. Uşak universiteti ( Uşak)
  56. Gaziosmanpasa Universiteti  (Tokat)
  57. Cumhuriyet Universiteti  (Sivas)
  58. Korkut Ata univeriteti ( Osmaniye)

İtaliyada təhsil

İtaliya dünyada yüksək səviyyədə ixtisaslaşmış ali təhsil məkanlarından sayılır. 95 universitetdən 70 faizi dövlət universitetləridir.

 Universitetlərdə kənd təsərrüfatı, arxitektura, iqtisadiyyat, əczaçılıq, hüquq, mühəndislik, humanitar fənlər, müasir dillər, təhsil, biotəbabət, tibb, baytarlıq, təbiət elmləri, fizika, riyaziyyat, siyasi elmlər üzrə bakalavr, magistr və doktor dərəcəsi üzrə qəbul imkanı var.İtaliya universitetlərində, təxminən,1,25 milyon tələbə təhsil alır.

İtaliyada ali təhsil sistemi əsasən universitetlərdən ibarətdir.İtaliyada 47 dövlət universiteti və dövlət lisenziyası olan 9 müstəqil universitet vardır. Bu universitetlərdə 1.5 milyona yaxın tələbə təhsil alır. İtaliyada dərs ili 2 semestrə bölünür. 1-ci semestr oktyabrın ilk günlərində, 2-ci semestr isə martın ilk günlərində başlayır.

 İxtisaslar həm ingilis həm də italyan dilində tədris olunur. Əcnəbi tələbələrə ödənişsiz italyan dili öyrədilir. 

Universitetin birinci pilləsinə daxil olan xarici tələbələr qəbul imtahanı vermirlər. Buna baxmayaraq, hər bir italyan universiteti dil üzrə xüsusi testlə imtahan həyata keçirir. Belə testlər adətən qrammatik suallardan, mətnin tərcüməsindən və müəllimlə söhbətdən ibarət olur.

İtaliyada bakalavr pilləsi üzrə təhsil almaq istəyənlər 12 illik təhsil sənədi göstərməlidirlər. Bu halda siz 11 illik orta məktəb+ ən azı bir illik kollec və ya bakalavr pilləsi üzrə təhsil alandan sonra İtaliyada bakalavr üçün müraciət edə bilərsiniz. İtaliyada bakalavr müddəti 3 ildir.

Magistr pilləsi üzrə təqaüdlə təhsil almaq istəyənlər yalnız iki illik proqrama qəbul aldıqda müraciət edə bilərlər. 1 illik magistr təhsili üçün təqaüd verilmir.

 

Rəsmi əməkdaşlıq etdiyimiz universitetlər:

  -Politecnico di Milano

  -La Sapienza

  -Politecnico di Torino

- Tor Verqata

- Universita di Bologna

- Universita di Milano

- Libera Universita di Bolzano

- Universita per stranieri di Perugia

-Universita  di Pisa

- Universita di Siena

- Universita di Genova

- Universita di Pavia