Mühasibatlıq kursları


Bu sirr deyil ki, hər bir müəssisənin inkişafında mühasibatlıq sistemi əsas təməllərdən biridir. Mühasibatlığın düzgün və sağlam qurulması  biznesinizin uğurlu gələcəyidir. Əgər siz də Milli və Beynalxalq mühasibatlığın sirlərini öyrənmək və yaxud əməkdaşlarınıza öyrətmək istəyirsinizsə , o zaman peşəkar müəllimlərlə sizin xidmətinizdəyik. Mühasib-müəllimlərimiz tərəfindən keçirilən dərslərdə ilkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanması qaydaları, müəssisədə sənəd dövriyyəsinin yaradılması, balansın qurulması, əmlakın inventarizasiyası,ciddi  hesabat blankları və onların  tərtibi qaydaları, məhsulların maya dəyərinin hesablanması,büdcəyə ödənilən vergilər xəzinadarlığın qurulması və   hesablaşmalar, dövlət orqanlarına hesabatların verilməsi və s. mövzulara dair nəzəri və praktik  bilgilərə  yiyələnəcəksiz.                                                                                                                                                     

Mühasibatlıq proqramlarının  7.7 və 8.2 versiyası                                                                  

Ticarət anbar proqramı –versiya ayrıca 1 aylıq kurslarda tədris olunur.

Ümumilikdə, Mühasibat dərsləri  1 ay nəzəriyə və  1ay praktika üzərində qurulur. Dərslər fərdi və qrupla( 2-4 nəfər)  Rus və Azərbaycan bölməsi üzrə aparılır.Proqramı uğurla bitirənlərə, SERTİFİKAT təqdim edilir!